"Barselona" yeni transferini rəsmən açıqladı

"Barselona" yeni transferini rəsmən açıqladı

“Barselona” Braziliya yığmasının yarımmüdafiəçisi Paulinyonun keçidini həll edib. Kataloniya klubu təcrübəli futbolçu ilə münasibətləri rəsmiləşdirib.

 

Tərəflər arasında 4 illik müqavilə imzalanıb. Daha sonra “Barsa” rəhbərliyi Paulinyonu ictimaiyyətə təqdim edib. "Sambaçı" yeni komandasında 15 nömrəli formanı geyinəcək. 

 

Kataloniyalılar bu transferə görə Çinin “Quançjou Everqrand” klubuna 40 milyon avro ödəyiblər.

 

Qeyd edək ki, Paulinyo əvvəllər “Tottenhem” və “Korintians” klublarının uğurları üçün çalışıb.  

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər