"Barselona" Yay Olimpiya Oyunlarının qalibini istəyir

"Barselona" Yay Olimpiya Oyunlarının qalibini istəyir

"Barselona" gənc sağ cinah müdafiəçisi ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, məlumatı "Goal.com" yayıb.

Xəbərə görə, Kataloniya təmsilçisi "Almeriya"nın və İspaniyanın olimpiya millisinin üzvü Mark Pubili heyətinə qatmaq niyyətindədir. Mənbə "blauqrana"nın "Yuventus"dan transfer etmək istədiyi Federiko Kyezanın agentinin Pubilin də işləri ilə məşğul olduğunu diqqətə çatdırıb.

Daha öncə Markın 20 milyon avro qarşılığında "Atalanta"ya keçəcəyi deyilsə də, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çempionluq sevinci yaşayan 21 yaşlı oyunçu tibbi müayinə üçün İtaliyaya yollanmaq fikrindən vaz keçmişdi.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər