"Barselona" Xavini kiminlə əvəzləyəcək?

"Barselona" Xavini kiminlə əvəzləyəcək?
"Barselona" Aaron Ramseyi transfer etmək istəyir. Fanat.az хəbər verir ki, Kataloniya klubu bu transfer üçün "Arsenal"a 50 milyon funt-sterlinq ödəməyə hazırdı.
Məlumata görə, "Barselona"nın skautları bu mövsüm Ramseyin oyununu 10 dəfə stadiondan izləyib. Onlar sonuncu dəfə futbolçunu Federasiya Kubokunun oyununda izləmək niyyətindədi.
"Barselona" bu transferlə Qətərə yollanan Xavi Hernandesin yerini doldurmaq istəyir. Maraqlıdı ki, FIFA Kataloniya klubuna transfer qadağı qoyub. Belə olan halda "Barselona"nın Ramseyi hansı yolla heyətinə qatacağı məlum deyil.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər