"Barselona" və "Valensiya" eyni futbolçuya elçi düşüb. Fanat.az xəbər verir ki, hər iki La Liqa klubu Duqlas Santosu heyətinə qatman istəyir.
Artıq braziliyalı futbolçunun klubu "Atletiko Mineyro" onun qiymətini də müəyyənləşdirib. Braziliya klubu 22 yaşlı sol cinah müdafiəçisini almaq istəyən klubdan 10 milyon avro tələb edir.
Qeyd edək ki, Duqlas Santos Avropada "Qranada" və "Udineze"nin formasını geyinib. "Atletiko Mineyro" 2015-ci ildə onu "Udineze"dən 3 milyon avroya transfer edib. "Transfermarkt"ın 6 milyon avro qiymət qoyduğu müdafiəçi 2016-cı ildə meydana çıxdığı 25 oyunda 1 qol vurub.
Fanat.az