"Barselona" UEFA-dan 3 milyon avrodan çox pul alacaq - SƏBƏB

"Barselona" UEFA-dan 3 milyon avrodan çox pul alacaq - SƏBƏB

"Barselona" UEFA-nın klubların müdafiəsi proqramından yararlanmağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, bu proqram sayəsində milli səviyyəsində beynəlxalq turnirlərdə zədələnən futbolçulara görə pul kompensasiyası almaq mümkündür. 

“Marca”-nın məlumatına görə, Kataloniya klubu Ronald Arauxo və Pedri üçün yüksək təzminat alacaq. Müdafiəçi və yarımmüdafiəçi müvafiq olaraq Amerika Kubokunda və Avropa çempionatında zədələnib. 

Kompensasiyanın ümumi məbləği 3,2 milyon avro təşkil edəcək. 

"Barselona" ötən mövsüm La Liqanı ikinci yerdə başa vurub. Yeni mövsümdən etibarən katanoliyalıları alman Hans-Diter Flik çalışdıracaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər