"Barselona" uduzduğu üçün xoşbəxtəm"

"Barselona" uduzduğu üçün xoşbəxtəm"

"Barselona"nın PSJ-yə 0:4 hesabı ilə uduzmasına görə xoşbəxt olmadığımı deyə bilmərəm. Düzdü, dostlarımın acı çəkməsini görmək istəmirəm. Amma "Barselona"nın qazanmasını da sevmirəm". Fanat.Az xəbər verir ki, bu sözləri "Real"ın futbolçusu Serxio Ramos deyib.

Futbolçu əzəli rəqiblərinin PSJ-yə böyükhesabla yenilməsinə münasibət bildirib. Ramos keçmiş komanda yoldaşı Angel Di Marianın "Barselona"nın qapısına iki qol vurmasından da danışıb və buna təəccüblənmədiyini deyib: "Çempionlar Liqası səviyyəsində pis oynasanız, hər bir komandanın sizi cəzalandıra biləcəyini gördük. PSJ gözəl oyun göstərdi".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər