Portuqaliya milli komandasının üzvü Andre Qomes "Barselona"yla müqavilə imzalayıb.
Fanat.az xəbər verir ki, bu barədə klubun "Twitter"dəki rəsmi hesabından açıqlama yayılıb. Transferin məbləği 50 milyon avrodur. Onun uğrunda mübarizəyə "Real"la yanaşı "Mançester Yunayted" və "Çelsi" də qoşulmuşdu. Amma Kataloniya təmsilçisi bu mübarizədən qalib çıxmağı bacarıb.
Xatırladaq ki, Andre Qomes ötən mövsüm "Benfika"dan "Valensiya"ya 15 milyon avro qarşılığında transfer edilmişdi.

Fanat.az