"Barselona" futbolçusu Ferran Torres üçün 75 milyon avro məbləğində rəsmi təklif alıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Fichajes" yayıb.
Xəbərə görə, təklif İngiltərənin Premyer Liqa təmsilçisi "Nyukasl"dan gəlib. Mənbə hazırda maliyyə sıxıntılarını aradan qaldırmağa çalışan Kataloniya klubunun 25 yaşlı vingeri satmaq variantına isti yanaşdığını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 17 matça çıxan Torres 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "blauqrana" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Nihat