"Portu"nun qapıçısı Dioqu Kosta karyerasını "Barselona"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Mənbənin məlumatına görə, kataloniyalı idman direktoru Deku qapıçı Mark-Andre ter Ştegen zədələndikdən sonra 25 yaşlı portuqaliyalını komandada görmək istəyir.
Ter Ştegen La Liqanın 6-cı turunda "Vilyarreal"la matçda (5:1) ciddi zədə alıb. Qapıçı meydançadan xərəkdə aparılıb. Sonradan 32 yaşlı almaniyalıya sağ dizində bud sümüklərinin qopması diaqnozu qoyulub. Onun təxminən 8 ay oynamayacağı proqnozlaşdırılır.
Mirağa