"Barselona" tarnsfer bombasını qışda partladacaq - 160 milyon avro

"Barselona" tarnsfer bombasını qışda partladacaq - 160 milyon avro

"Barselona" yayda heyətinə qata bilmədiyi Filip Koutinyodan əl çəkmir. Fanat.Az xəbər verir ki, Kataloniya klubu braziliyalı ulduzu qışda heyətinə qatacaq.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məlumatda bildirir ki, yay fasiləsində "Liverpul"la ortaq məxrəcə gələ bilməyən "Barselona" danışıqları davam etdirir. Kataloniya klubu qış fasiləsinədək transferi bitirmək niyyətindədi.

Qeyd edək ki, "Liverpul" braziliyalı futbolçuya görə yayda "Barselona"dan 200 milyon avro istəmişdi. Bu barədə Kataloniya klubunun idman direktoru Albert Soler açıqlama vermişdi: "Həftələrlə davam edən danışıqların yekununda "Liverpul" bizdən 200 milyon avro istədi. Klubu belə bir riskin altına sala bilməzdik".

Məlumata görə, "Barselona" bu transfer üçün "Liverpul"a 120 milyon avro təklif edib. Kataloniyalılar bu dəfə 160 milyon avroya Koutinyonun keçidini rəsmiləşdirməyi planlaşdırır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər