"Barselona" sıradan çıxan ter Ştegeni bu qapıçı ilə əvəzləmək istəyir

"Barselona" sıradan çıxan ter Ştegeni bu qapıçı ilə əvəzləmək istəyir

"Barselona" rəhbərliyi  İspaniya La Liqasının 6-cı turunda "Vilyarreal"la qarşı oyunda (5:1) xaçvari diz bağları qopduğu üçün uzun müddətə sıradan çıxan qapıçı Mark-Andre ter Ştegenə əvəzləyici tapıb.

Fanat.Az xəbər verir ki, məlumatı COPE yayıb.

Xəbərə görə bu, "Las-Palmas"ın 27 yaşlı qolkiperi Alvaro Valyesdir. Mənbə Kataloniya təmsilçisinin 35 yaşlı Yasper Sillesenin gəlişindən sonra ehtiyatda qalan Valyesi qış transfer pəncərəsi dönəmində heyətə qata biləcəyini açıqlayıb. 

Xatırladaq ki, Valyes 2019-cu ildən "Las-Palmas"ın uğurları üçün çalışır. Onun klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər