"Barselona" seçim qarşısında: ya qovulacaq, ya...

"Barselona" seçim qarşısında: ya qovulacaq, ya...

İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas "Barselona" və digər Kataloniya klubları ilə bağlı açıqlama verib. Fanat.Az xəbər verir ki, qurum rəhbəri Kataloniya klubları ilə görüşəcəklərini və müstəqilliyi tanıyan klubların liqalardan kənarlaşdırılacağını bildirib.

"Təəssüf ki, "Barselona" və "Espanyol" klublarının qatılmadığı bir La Liqanın keçirilməməsi ehtimalını görürəm. Əgər belə bir şey olsa, La Liqa yenidən əldə edilməsi çox çətin olacaq dəyər itirəcək. Kataloniyanın birtərəfli qaydada müstəqillik elan etməsi halında La Liqadakı Kataloniya klublarını təcili toplantıya çağıracam. Müstəqilliyi dəstəkləyənlər La Liqadan kənarlaşdırılacaq. Bizim vəzifəmiz hər kəsi dinləməkdi, amma idarəçiliyin şərtlərini də yerinə yetirməliyik" deyə, Tebas bildirib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər