"Barselona" "Jirona"nın hücumçusu Pau Viktoru heyətinə cəlb edib.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu 22 yaşlı forvardın transferini rəsmi saytı vasitəsilə elan edib.
Tərəflər arasında 5 illik müqavilə imzalanıb. "Transfermarkt"ın məlumatına görə, kataloniyalılar futbolçu üçün 2,7 milyon avro ödəyəcək. Oyunçu 2025-ci ilin iyunundan satılarsa, "Jirona" məbləğinin 50 faizini, bu tarixdən sonra isə 30 faizini alacaq.
İspaniyalı oyunçu ötən mövsüm "Barselona"nın ikinci komandasında çıxış edib. O, son mövsümdə bütün yarışlarda 39 oyun keçirib, 20 qol vurub və 6 məhsuldar ötürmə verib.
Mirağa