"Barselona" Lionel Messi ilə yeni müqavilə məsələsinin rəsmən razılaşdırıldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, klubuna mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər yaxın günlərdə 3+1 illik müqavilə imzalayacaq. Messi 2021-ci ilədək "Barselona"ya məxsus olacaq.
"Barselona" müqavilənin maliyyə tərəflərini açıqlamayıb. Yerli mətbuatın məlumatına görə, argentinalı ulduz yeni anlaşma ilə ildə 30 milyon avro qazanacaq. Onun transfer qiyməti isə 300-400 milyon avro arasında olacaq.
Fanat.Az