"Barselona"nın 2016/17 mövsümündə əldə etdiyi gəlir açıqlanıb. Fanat.Az xəbər verir ki, Kataloniya klubu ötən mövsüm 708 milyon avro qazanıb.
Klubdan verilən rəsmi açıqlamada bildirilir ki, bu "Barselona" tarixinin ən böyük gəliridi. Bildirilir ki, klubun gəlir və xərcləri hesablandıqda 18 milyon avro təmiz qazanc olub.
"Barselona" 2021-ci ildə illik gəlirini 1 milyard avroya çatdırmaq niyyətindədi.
Fanat.Az