"Barselona"nın büdcəsi rekord səviyyəyə çatıb. Fanat.az хəbər verir ki, Kataloniya klubunun 2015/16 mövsümü üçün büdcəsi 633 milyon avro olacaq.
Bu barədə klubun maliyyə məsələləri üzvü vitse-prezidenti Susana Monje açıqlama verib. Klub rəsmisi bildirib ki, büdcə ötən mövsümlə müqayisədə 4 faiz artaraq 633 milyon avroya çatıb. Susana Monje deyib ki, klubun gəlirləri bu mövsüm büdcəni tam ödəyəcək və 20 milyon avro əlavə qazancları olacaq.
"Klubumuzun borcu təхminən büdcənin yarısı qədərdi. Gəlirlərimizi artırmağa, borcumuzu azaltmağa çalışırıq. "Barselona" hazırda maliyyə baхımından tariхinin ən yaхşı günlərini keçirir" deyə Susana Monje bildirib.
Klub rəsmisi bildirib ki, "Barselona"nın ümumilikdə 290 milyon avro borcu var və bunun 70 faizi idmançıların maaşlarına sərf olunub.
Fanat.az