"Barselona" rəhbərliyi Levandovski ilə bağlı qərarını qətiləşdirdi

"Barselona" rəhbərliyi Levandovski ilə bağlı qərarını qətiləşdirdi

"Barselona" rəhbərliyi komandanın təcrübəli hücumçusu Robert Levandovski ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.

Xəbərə görə, "blauqrana" polşalı forvardla müqavilə yeniləmək niyyətində deyil. Mənbə ön oyunçusunun Səudiyyə Ərəbistanından aldığı təkliflərə rəğmən, bu ölkədə oynamaq istəmədiyini vurğulayıb.

Qeyd edək ki, Levandovski 2022-ci ildən Kataloniya təmsilçisinin formasını geyinir. O, cari mövsüm meydana çıxdığı 9 matçda 4 qol vurub. Hücumçunun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər