"Barselona" rəhbərliyi La Liqanın 3-cü turunda "Rayo Valyekano"ya qarşı keçirilən oyundan ağır zədə alan 17 yaşlı yarımmüdafiəçi Mark Bernalla bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, Bernalla müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanacaq. Mənbə yeni anlaşmaya gənc oyunçunun sərbəstqalma məbləğinin də əksini tapacağını vurğulayıb - 500 min avro.
Xatırladaq ki, Mark sol dizinin ön xaçvari bağları qopduğu üçün uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Nihat