"Barselona" 1996-cı ildə Luis Enrikenin transferindən sonra ilk dəfə "Real"dan bir oyunçu almağı planlaşdırır. Fanat.Az xəbər verir ki, Kataloniya klubu İskonu hədəfə alıb.
Goal.com-un xəbərinə görə, 2018-ci ildə "Real"la olan müqaviləsinin müddəti başa çatacaq futbolçu anlaşmanı yeniləməyi düşünmür. "Barselona" isə bu şansdan yararlanaraq onu transfer etmək istəyir.
İkso 2010-cu ildə "Valensiya" formasını geyinərkən də "Barselona"nın maraq dairəsinə düşmüşdü. Amma həmin vaxt komandada Xavi və İnyestadan başqa Tyaqo Alkantaranın da olması transferin baş tutmasını əngəlləmişdi.
Qeyd edək ki, "Real" İskonu 2013-cü ildə "Malaqa"dan 30 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 35 milyon avro qiymət qoyub.
Fanat.Az