"Barselona" "Real"ı yıxdı - 4 kubok silinir

"Barselona" "Real"ı yıxdı - 4 kubok silinir

"Real" futbolda qazandığı 4 kubokdan məhrum olmaq təhlükəsi ilə üzləşib. Fanat.Az xəbər verir ki, buna səbəb "Barselona"nın tələbi olub.

Kataloniya klubunun üzvü Joaquim Molins İspaniya Futbol Federasiyasına müraciət edərək "Real"ın "Kral Kuboku"nda 1905, 1906, 1907 və 1908-ci illərdə qazandığı çempionluqların silinməsini istəyib.

Müraciətdə bildirilir ki, 1903-1909-cu illərdə "Kral Kuboku" federasiya tərəfindən keçrilməyib. FIFA isə milli federasiyaların keçirmədiyi turnirləri tanımır. Ona görə də həmin illərdə qazanılan kuboklar heç bir rəsmiyyət daşımır. İspaniya Futbol Federasiyasının 1909-cu ildə qurulduğu bildirilən müraciətdə qeyd edilir ki, federasiya həmin tarixdən əvvəl yaransa belə, rəsmi tarix 1909-cu il göstərilir və nəticələr də həmin ildən hesablanmalıdı. 

İspaniya Futbol Federasiyasının bu müraciətə müsbət cavab verməkdən başqa seçim imkanı yoxdu. Çünki FİFA təlimatlarından başqa federasiyanın bundan əvvəl verdiyi bir qərar da rəsmiyyəti olmayan turnirlərin tanınmamasını şərtləndirir. Belə ki, bir neçə ilə əvvəl "Levante" 1937-ci ildə qazandığı Prezident Kubokunun rəsmən tanınmasını istəmişdi. Amma federasiya istəyi qəbul etməyərək həmin kubokun heç bir rəsmiyyətinin olmadığını bildirmişdi.

Qeyd edək ki, "Barselona" "Kral Kuboku"nun rekordçusudu - 28 dəfə. "Real"ın aktivində 19 kubok var. Bu istək qəbul olunsa, fərq 13-ə yüksələcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər