"Barselona" "Real"ı üstələdi

"Barselona" "Real"ı üstələdi

"Barselona" ilə "Real Madrid" arasında yoldaşlıq oyunu baş tutub. 

Fanat.Az xəbər verir ki, ABŞ-nin "MetLife" stadionunda keçirilən görüş katalonlar 2:1 hesablı qələbə qazanıblar.

42-ci dəqiqədə Robert Levandovskinin ötürməsindən sonra Pau Viktor matçda hesabı açıb. İkinci hissənin əvvəlində Viktor imza atıb. 

İkinci hissənin sonunda Madrid klubunun argentinalı Nikolas Paz türk yarımmüdafiəçi Arda Gülərin ötürməsini qola çevirərək fərqi azaltsa da, məğlubiyyətdən qurtula bilməyib.

Qeyd edək ki, "El-Klasiko" 11-ci dəqiqədə əlverişsiz hava səbəbindən dayandırılıb. Baş hakim Armando Villarreal tufan və şimşək çaxması səbəbindən matçı dayandıraraq komandaları 30 dəqiqəlik paltardəyişmə otağına göndərib. Hava sakitləşəndən sonra oyun davam etdirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər