"Barselona" "Real"ı darmadağınla yenərək İspaniya Superkubokuna sahib çıxdı

"Barselona" "Real"ı darmadağınla yenərək İspaniya Superkubokuna sahib çıxdı

Bu gecə İspaniya Superkubokunun qalibi bəlli olub.

Fanat.Az xəbər verir ki, həlledici matçda əzəli rəqiblər - “Barselona” və “Real Madrid” üz-üzə gəliblər.

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Sity” stadionunda keçirilən oyun Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Barselona” tarixi ərzində 15-ci dəfə İspaniya Superkubokunu qazanıb. "Blauqrana" bu göstəriciyə görə rekordçudur. 

İspaniya Superkuboku Final 12 yanvar

Real Madrid – Barselona 2:5 Qollar: Mbappe, 5. Rodriqo, 60 – Yamal, 22. Levandovski, 36. Rafinya, 39; 48. Balde, 45+10.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər