"Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsinə çıxıb. Fanat.az xəbər verir ki, "Arsenal"ı 1/8 final mərhələsinin ilk oyununda 2:0 hesabı ilə yenən Kataloniya klubu evdə də qələbə qazanaraq Avropanın ən yaxşı 8 komandası arasında özünə yer edib - 3:1.
Qeyd edək ki, bundan əvvəl "Real" (İspaniya), "Atletiko" (İspaniya), "Volfsburq" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Benfika" (Portuqaliya) və PSJ (Fransa) 1/4 finala çıxıb. Son vəsiqənin sahibi "Bavariya" (Almaniya) - "Yuventus" (İtaliya) oyununda müəyyənləşəcək.
Fanat.az