"Barselona" "Real Madrid"in yetirməsi ilə güclənir - Flik təsdiqlədi

"Barselona" "Real Madrid"in yetirməsi ilə güclənir - Flik təsdiqlədi

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Tottenhem"in müdafiəçisi Serxio Reqilonun transferinə "yaşıl işıq yandırıb". 

Fanat.Az xəbər verir ki, alman məşqçi bu barədə xəbəri "Sport" nəşrinə şəxsən təsdiqləyib.

Mənbənin məlumatına görə, "Tottenhem"in baş məşqçisi Angelos Postekoğlunun planlarına uyğun gəlməyən 27 yaşlı futbolçu Kataloniya klubuna keçməyə yaxındır. "Spurs" ispaniyalı oyunçunun keçidi ilə bağlı "Barselona"nın təklifləri nəzərdən keçirir. "Barselona" "Real Madrid"in yetirməsi ilə müqavilə bağlamaqda qərarlıdır. 

Serxio Reqilon ötən mövsümün ilk yarısında icarə əsasında “Mançester Yunayted”də çıxış edib, yanvar ayından mövsümün sonuna kimi isə "Brentford"un uğuru üçün çalışıb. "Transfermarkt" futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər