"Barselona" "El Klasiko"ya yeni loqo ilə çıxacaq - FOTO

"Barselona" "El Klasiko"ya yeni loqo ilə çıxacaq - FOTO

"Barselona" oktyabrın 27-də baş tutacaq "Real Madrid"lə "El Klasiko"ya "Coldplay" loqosu olan formada çıxacaq. 

Fanat.Az "Diario Sport"-a istinadən xəbər verir ki, tərəflər artıq razılığa gəliblər.

"Barselona" "El Klasiko"ya yeni loqo ilə çıxacaq - FOTO Təşəbbüs "Barselona" ilə 2022-ci ilin iyul ayında "Spotify" xidməti arasında əldə edilmiş sponsorluq müqaviləsinin bir hissəsidir. Köynəklər məhdud sayda buraxılacaq. 

Qeyd edək ki, "Barselona" əvvəllər "Real Madrid"lə matçlarda reper Drake, müğənnilər Rosalia və Karol G, eləcə də "Rolling Stones"in loqoları ilə çıxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər