"Barselona"nın maraq dairəsində olan daha bir futbolçunun kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Kataloniya klubu "Nitsa"dan Jean-Maykl Serini heyətinə qatmaq istəyir.
Bu barədə "El Mundo Deportivo" qəzeti məlumat yayıb. Məlumata görə, kataloniyalılar Kot-D`İvauar millisinin üzvü ilə bağlı artıq "Nitsa" ilə danışıqlara başlayıb. "Afrikalı Xavi" adlandırılan futbolçunun da "Barselona"da oynamaq istədiyi deyilir.
Qeyd edək ki, Jean-Maykl Seri 2015-ci ildə "Paços Ferreyra"dan "Nitsa"ya 1 milyon avroya transfer edilib. Hazırda "Transfermarkt" ona 12 milyon avro qiymət qoyub.
Fanat.Az