"Barselona" Neymardan qisas aldı

"Barselona" Neymardan qisas aldı
PSJ-nin 222 milyon avroya transfer etdiyi Neymar zədələnib. Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu milli komandanın məşqində zədə alıb.Maraqlıdı ki, Neymar "Barselona"nın bu yay Çindən transfer etdiyi Paulinyo ilə toqquşmada zədələnib. Ulduz futbolçu birqədər yerdə qalıb. Bu hadisə "Barselona" azarkeşlərini razı salıb və onlar sevinclərini sosial mediadakı paylaşımlarda göstəriblər. Bunun Paulinyo tərəfindən Neymara verilən bir mesaj olduğunu düşünən fanatlar hadisənin "çox əyləncəli" olduğunu qeyd ediblər.Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər