"Barselona" sabiq futbolçusu Neymarla bağlı müqavilə şərtlərinə əməl etmədiyi üçün hüquqi yollara əl atıb.
Fanat.Az xəbər verir ki, PSJ-yə transfer olan braziliyalı futbolçunun keçənilki müqaviləsində bonuslarla bağlı maddələrə istinadən 8,5 milyon avro ödəməsi üçün hüquqi yollardan istifadə olunacağı açıqlanıb.
Neymar mövsümün əvvəlində "Braselona"nın göndərmək istəməməsinə rəğmən müqaviləsindəki sərbəst qalma qiyməti olan 222 milyon avroya PSJ-yə transfer olmuşdu.
Fanat.Az