İspaniyada hüquqi səbəblərdən problemlər yaşayan Neymar "Barselona"dan ayrılmağı düşünür. Fanat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Bununla yanaşı, Neymara ciddi təkliflər var. Son olaraq onun PSJ-nin hədəfində olması ilə bağlı xəbərlər yayılıb. İddiaya görə, Paris klubu yayda "Bsrelona"ya 120 milyon avro təklif edəcək.
Artıq "Barsa" braziliyalı uduza əvəzləyici tapıb. İspan mediası iddia edir ki, Neymar gedəcəyi halda Kataloniya klubu Eden Hazardı transfer edəcək.
Bu arada "Barselona"nın istədiyi başqa bir futbolçunun da kimliyi müəyyənləşib. Məlumata görə, kataloniyalılar Braziliyanın "San Paulo" və "Atletiko Mineyro" klublarının da heyətinə qatmağa çalışdığı "Boka Xuniors"un 22 yaşlı forvardı Conatan Kallerini transfer siyahısına salıb.
Fanat.az