"Barselona" müdafiəçisini Şotlandiyaya göndərdi

"Barselona" müdafiəçisini Şotlandiyaya göndərdi

"Barselona"nın müdafiəçisi Aleks Valye karyerasını Şotlandiya çempionatında davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

Futbolçu mövsümün sonuna qədər icarə əsasında "Seltik"də çıxış edəcək. 

Qeyd edək ki, transferi yekunlaşmazdan əvvəl Valye Kataloniya klubu ilə müqaviləsinin müddətini 2026-cı ilin ortalarına qədər uzadıb. 

Onun transfer qiyməti 2,5 milyon avro qiymətləndirilir. 

Aleks Kataloniya klubunun akademiyasının yetirməsidir. Müdafiəçi ötən mövsüm "Levante"də icarə əsasında çıxış edib. Valye ikinci liqada 29 matçda iştirak edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər