"Barselona" müdafiə xəttini Marko Palestra ilə gücləndirə bilər

"Barselona" müdafiə xəttini Marko Palestra ilə gücləndirə bilər

Kataloniyanın "Barselona" klubu müdafiənin cinahlarını gücləndirmək üçün alternativ variantlar axtarır.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" nəşrinin yaydığı məlumata görə, "göy-qırmızılılar" "Atalanta"nın müdafiəçisi Marko Palestra ilə yaxından maraqlanırlar.

Bu mövsümü icarə əsasında "Kalyari"də keçirən 21 yaşlı müdafiəçi A Seriyasında 32 oyuna çıxaraq sabit oyun nümayiş etdirib.

Onun mart ayında İtaliya milli komandasına çağırılması oyunçunun potensialının yüksək olmasının göstəricisidir. "Barselona" skautları Palestranı universallığına və gənc yaşına görə əsas hədəflərdən biri kimi görürlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər