"Barselona" Lopeslə anlaşdı - Fantastik təzminat məbləği

"Barselona" Lopeslə anlaşdı - Fantastik təzminat məbləği

"Barselona" ispaniyalı yarımmüdafiəçi Fermin Lopeslə yeni müqavilə imzalayıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Migel Riko yayıb. Mənbənin məlumatına görə, müqavilənin müddəti beş il müddətinə davam edəcək. 

"Barselona"nın Lopeslə əvvəlki müqaviləsi ehtiyat oyunçu statusuna uyğun gəlirdi. Yeni anlaşmaya görə, futbolçunun maaşı xeyli artacaq.

Müqavilədə kompensasiya məbləği 400 milyon avro nəzərdə tutulub.

Fermin Lopes "Barselona" akademiyasının məzunudur. Futbolçu böyüklərdən ibarət komandada 45 oyun keçirib. O, bu oyunlarda 11 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər