"Barselona" Londondan gələn təklifə "hə" dedi, amma...

"Barselona" Londondan gələn təklifə "hə" dedi, amma...

Ferran Torresin "Barselona"dakı taleyi hələ də qeyri-müəyyəndir.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu futbolçunu satmaq istəyir, amma Torres getmək istəmir.

24 yaşlı oyunçu hələ də komandanın əsas oyunçusuna çevriləcəyinə ümidini itirməyib. Baxmayaraq ki, "Vest Hem" ispaniyalının nümayəndələri ilə aktiv şəkildə əlaqə saxlayır. Torres La Liqada 29 matçda 10 qol vura bilib. Eyni zamanda o, matçların cəmi 32 faizində start heyətində yer alıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər