“Barselona” rəhbərliyi komandanın polşalı hücumçusu Robert Levandovskiyə əvəzləyici axtarır.
Fanat.Az xəbər verir ki, məlumatı “Sport.es” yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi “Mançester Siti”dən Erlinq Holandı, “Sportinq”dən Viktor Dyökereşi və ya “Leyptsiq”dən Benyamin Şeşkonu transfer edə bilər. Mənbə İspaniya nəhənginin Dyökereş və Şeşko ilə müqavilə bağlamaq ehtimalının daha real olduğunu vurğulayıb.