"Barselona" Levandovski ilə yalnız bu halda müqavilə yeniləyəcək - AÇIQLAMA

"Barselona" Levandovski ilə yalnız bu halda müqavilə yeniləyəcək - AÇIQLAMA

Polşalı hücumçu Robert Levandovskinin "Barselona" ilə hansı halda müqavilə yenilənəcəyi bəlli olub.

Fanat.Az xəbər verir ki, bunu Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta deyib.

Laportanın sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Levandovski oyunların 50 faizində iştirak edəcəyi təqdirdə, müqaviləsinin müddəti uzadılacaq. Bununla bağlı bənd artıq onun müqaviləsinə əlavə edilib".

Qeyd edək ki, 36 yaşlı forvardın "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər