"Barselona" klubu "Yuventus"un və Polşa millisinin sabiq qapıçısı Voytsex Şesni ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Tomaş Vlodarçik yayıb.
Mənbənin məlumatına görə, avqustun sonunda karyerasını başa vuran 34 yaşlı qolkiperlə artıq “Barselona” nümayəndələri əlaqə saxlayıblar.
Kataloniyalılar onunla mövsümün sonuna qədər müqavilə bağlamağa çalışır.
Qeyd edək ki, "Barselona"nın əsas qapıçısı Mark-Andre ter Ştegen ağır zədəlınib və alman qolkiper üçün mövsüm bitib.
Mirağa