"Barselona" istədi, "Borussiya" aldı

"Barselona" istədi, "Borussiya" aldı
"Barselona", "Bavariya" və "Liverpul"un maraq dairəsində olan Osman Dembelenin yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, 18 yaşlı forvard karyerasını Almaniyada davam etdirəcək.
Belə ki, fransalı futbolçu "Borussiya"ya (Dortmund) keçəcək. Bundesliqa klubu bu transferə görə "Renn"ə 5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Osman Dembele "Renn"in yetirməsidi. Bu mövsümün əvvəlində əsas komandaya yüksələn 18 yaşlı hücumçu 25 rəsmi oyunda 12 qol vurub. O, hazırda Fransanın U-21 yığmasının üzvüdü.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər