"Barselona" ilə Levandovski danışıqları dayandırdılar - İnsayder son durumu açıqladı

"Barselona" ilə Levandovski danışıqları dayandırdılar - İnsayder son durumu açıqladı

Tanınmış insayder Fabritsio Romano polşalı hücumçunun "Barselona"a ilə apardığı danışıqları dayandırdığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, yaydığı məlumatların səhihliyi ilə seçilən Romano bu barədə şəxsi "X" hesabında paylaşım edib:

"Robert Levandovki və "Barselona" yeni müqavilə ilə bağlı danışıqları dayandırıblar və onun gedişi artıq çox yaxındır. Hücumçunun indiki klubunda qalacağı artıq inandırıcı deyil. Səudiyyə Ərəbistanı Pro Liqasının təmsilçiləri, MLS və İtaliya klubları Levandovski ilə maraqlansalar da, məsələnin maddi tərəfi bu forvardı heyətinə qatmaq istəyənləri qane etmir".

Robert 2022-ci ildən "blauqrana"nın uğurları üçün çalışır.  37 yaşlı oyunçunun "Barsa" ilə müqaviləsinin müddəti gələn ayın 30-da başa çatacaq.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər