"Barselona" ilə ÇL-i qazanan sabiq futbolçu geyim mağazasında işləyir - FOTO

"Barselona" ilə ÇL-i qazanan sabiq futbolçu geyim mağazasında işləyir - FOTO

"Barselona"nın heyətində Çempionlar Liqasının qalibi olan futbolçu Fransanın Marsel şəhərində idman geyimləri mağazasında işləyir.

Fanat.Az "L`Equipe" qəzetinə istinadən xəbər verir ki, bu, sabiq mərkəz müdafiəçi Jeremi Matyödür.

"Barselona" ilə ÇL-i qazanan sabiq futbolçu geyim mağazasında işləyir - FOTO

Məhz Jeremi orada işlədiyinə, şöbəyə rəhbərlik etdiyinə görə müştərilərin sayının artdığı bildirilib. Keçmiş oyunçunun üzərində adı yazılmış geyim brendi sayəsində güzəranını yaxşılaşdırmağa çalışdığı və yaxınlarda məşqçi diplomu almağı hədəflədiyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Matyö 2014-2017-ci illər aralığında "Barselona"nın formasını geyinib. "Blauqrana"nın forması ilə bütün turnirlərdə 91 matça çıxan keçmiş oyunçu Çempionlar Liqasının, UEFA Superkubokunun, Klublararası Dünya Çempionatının, 4 dəfə La Liqanın və  İspaniya Kubokunun qalibi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər