Bu yay istədiyi transferləri həyata keçirə bilməyən "Barselona" qış fasiləsində heyətini gücləndirəcək. Fanat.Az xəbər verir ki, artıq Kataloniya klubunun növbəti hədəfləri ilə bağlı yeni xəbərlər yayılmağa başlayıb.
Bunlardan biri Məsut Özildi. İddia olunur ki, heyətində Arda Turanın yer aldığı "Barselona" qışda ikinci türkü transfer edəcək. Kataloniyalılar bu transferə görə "Arsenal"a 60 milyon avro ödəyəcək.
Qeyd edək ki, Məsut Özil 2013-cü ildə "Real"dan "Arsenal"a 47 milyon avroya transfer olunub.
Fanat.Az