Arda Turanı heyətinə qatan "Barselona" daha bir türk futbolçu transfer etmək istəyir. Fanat.az Avropa mediasına istinadən xəbər verir ki, kataloniya klubu Məsut Özili hədəfə alıb.
"Barselona" rəsmiləri hazırda "Arsenal"da çıxış edən "Real"ın sabiq üzvününün həm vəkili, həm də meneceri olan Erkut Söğütlə əlaqə qurub. Məlumatda bildirilir ki, London klubu ilə 2018-ci ilədək müqaviləsi olan Məsut hələ karyerası ilə bağlı qəti qərar verməyib. Artıq "Arsenal"ın da türk əsilli futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşdığı bildirilir.
Fanat.az