"Barselona" gənc istedadın ağır zədə aldığını açıqladı

"Barselona" gənc istedadın ağır zədə aldığını açıqladı

"Barselona"nın mətbuat xidməti İspaniya çempionatının 3-cü turu çərçivəsində keçirilən matçda - "Rayo Valyekano" ilə oyunda (2:1) zədələnən Mark Bernalın durumunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin sol dizinin ön xaçvari bağlarının qopduğu bildirilib.

Onun eyni nahiyədən menisk zədəsi də aldığı diqqətə çatdırılıb. Bu isə o deməkdir ki, gənc oyunçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Bernal bu mövsüm komandasının La Liqada keçirdiyi hər 3 qarşılaşmada iştirak etmişdi.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər