"Barselona" futbolçusunun uzun müddətə sıradan çıxdığını bəyan etdi

"Barselona" futbolçusunun uzun müddətə sıradan çıxdığını bəyan etdi

"Barselona" İspaniya Superkubokunun finalında - "Real Madrid"lə oyunda zədələnən müdafiəçisi İnyiqo Martinesin hansı müddətə sıradan çıxdığını açıqlayıb.

Fanat.Az "blauqrana"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı stopper dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

Tibbi müayinə zamanı Martinesin sağ dizində problem aşkarlandığı bildirilib.

Qeyd edək ki, "Barselona" Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan həlledici matçda əzəli rəqibi "Real"a 5:2 hesabı ilə qalib gəlib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər