"Barselona" futbolçusu ilə bağlı atdığı addımı ictimaiyyətə açıqladı

"Barselona" futbolçusu ilə bağlı atdığı addımı ictimaiyyətə açıqladı

"Barselona" futbolçusu İnyiqo Martineslə bağlı atdığı addımı ictimaiyyətə açıqlayıb.

Fanat.Az Kataloniya klubunun mətbuat xidmətində istinadən xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisi ilə müqavilə yenilənib.

Arxa xətt oyunçusu müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.

Qeyd edək ki, İspaniya millisinə də çağırılan Martines 2023-cü ilin yayından "Barselona"da çıxış edir. Sözügedən futbolçu bu mövsüm "blauqrana"nın forması ilə 33 matça çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər