"Barselona" futbolçu verib, basketbolçu alır - Tarixdə ilk

"Barselona" futbolçu verib, basketbolçu alır - Tarixdə ilk

"Barselona" tarixin ən ilginc transferinə imza ata bilər. Fanat.az xəbər verir ki, Kataloniya klubu futbolçu verib, əvəzində basketbolçu almaq istəyir.

Belə ki, "Barselona" bastkebol komandası olan "Barselona Lassa" üçün "Saski Baskonia"yada oynayan Adam Hanqanı istəyir. "Saski Baskonia" ilə yanaşı, bu mövsüm La Liqada çıxış edəcək "Alaves" futbol klubunun da sahibi olan Josa Quereyeta isə "Barselona"nın futbolçusu Duqlası komandasına gətirməyə çalışır.

Məlumata görə, Josa Quereyeta "Barselona" rəhbərliyinə zəng edərək Adam Hanqaya qarşılıq Duqlası istəyib. Bildirilir ki, Kataloniya klubu da bu dəyişikliyə müsbət yanaşı. Çünki Luis Enrike 2014-cü ildə "San Paulo"dan alınan 25 yaşlı futbolçunu bu mövsüm heyətə salmağı düşünmür.

Beləliklə, anlaşma baş tutsa tarixin ən ilginc transferi reallaşacaq və Duqlas "Alaves"ə, macar Adam Hanqa isə "Barselona Lassa"ya transfer olunacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər