"Barselona" dominikanlı vingeri sıralarına cəlb etdi - RƏSMİ

"Barselona" dominikanlı vingeri sıralarına cəlb etdi - RƏSMİ

"Barselona" klubu digər La Liqa təmsilçisi "Jirona"nın vingeri Oskar Urenanı transfer edib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Dominikan Respublikasından olan futbolçu indilik "blauqrana"nın ehtiyat komandasında çıxış edəcək.

Qeyd edək ki, Urena "Jirona"nın yetirməsidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər