"Barselona" heyətinə daha bir Suares soyadlı futbolçu qatır. Fanat.az xəbər verir ki, Kataloniya klubu uruqvaylı ulduzu Luis Suareslə eyni soyadı daşıyan Denisi transfer etmək istəyir.
Denis Suares 203-cü ildə "Mançester Siti"dən "Barselona"nın B komandasına transfer olunub. 2014/15 mövsümündə "Sevilya"ya icarəyə verilən 22 yaşlı yarımmüdafiəçini kataloniyalılar ötən yay 4 milyon avro qarşılığında "Vilyarreal"a satıb. "Barsa" indi onu geri qaytarmaq istəyir.
Fanat.az