"Barselona" çempion - 24-cü dəfə

"Barselona" çempion - 24-cü dəfə
İspaniya La Liqasının 2015/16 mövsümünün qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, son turda "Barselona" çempionluğunu elan edib.
Kataloniya klubu Luis Suaresin het-triki sayəsində "Qranada"nı darmadağın edib - 3:0. "Real" isə "Deportivo"nu 2:0 hesabı ilə yenib. Hər iki qola Kriştiano Ronaldo imza atıb.
Bununla da "Barselona" mövsümü 91, "Real" 90 xalla bitirib və kataloniyalılar çempionluğu elan edib. Bu "Barselona"nın ardıcıl 2-ci, ümumilikdə 24-cü çempionluğu olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər