"Barselona" qış transfer pəncərəsi bağlanmadan heyətinə yeni futbolçu qata bilər. Fanat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Luis Enrike məlumat verib.
Baş məşqçi bildirib ki, ötən mövsümkü uğurlarını təkrarlamaq üçün heyətə bir futbolçu qata bilərlər: "Transfer pəncərəsi bazar ertəsi bağlanacaq. Həmin günə qədər prezidentimizdən bir Yeni il hədiyyəsi ala bilərik. Sakit bir uşaq olub-olmadığını bilmirəm, amma məqsədim uğur qazanmağa davam etməkdi".
Qeyd edək ki, "Barselona"nın "Selta"dan 29 yaşlı forvard Nolito və "Vilyarreal"dan 22 yaşlı yarımmüdafiəçi Denis Suareslə maraqlandığı deyilir. Tam adı Manuel Aqudo Duran olan Nolito ləqəbli futbolçu 2008-2011-ci illərdə "Barselona"nın A və B komandalarında çıxış edib. Denis Suares isə 2013-2015-ci illərdə "Barselona B"nin formasını geyinib.
Fanat.az