"Barselona" bu futbolçusuna qiymət qoydu - 180 milyon

"Barselona" bu futbolçusuna qiymət qoydu - 180 milyon

"Barselona" qapıçısı Mark-Andre Ter Stegenlə yeni müqavilə imzalayıb. Fanat.Az xəbər verir ki, anlaşmanın müddəti 2022-ci ilin 30 iyununadək uzadılıb.

"Barselona" alman qapıçının sərbəst qalmaq qiymətini də dəyişib. Müqavilədəki xüsusi bəndə əsasən müqavilə müddətində onu heyətinə qatmaq istəyən klub 180 milyon avro ödəməlidi.

Qeyd edək ki, "Barselona"ya 3 il əvvəl Münhenqladbax "Borussiya"sından transfer olunan 25 yaşlı qolkiperin müqaviləsi 2019-cu ildə başa çatacaqdı. Ter Stegen Kataloniya klubuna 12 milyon avroya transfer olunub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər